Ərdəbildə məktəbliləri daşıyan avtobus aşdı - Ölənlər var

 19:40 11.08.2025     187

Ərdəbil əyalətinin Parsabad şəhərində məktəbliləri idman düşərgəsindən evə aparan avtobusun aşması faciə ilə nəticələnib. Belə ki, qəza zamanı 6-cı sinif şagirdi həyatını itirib.

Redaktor.az  bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, daha 26 şagird müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən