Daşkəsəndə 600 kiloqramdan çox çətənə bitkisi məhv edildi

Daşkəsəndə yabanı halda bitən 600 kq-dan artıq çətənə bitkisi məhv edilib.
Redaktor.az xəbər verir ki, Daşkəsən rayonunda polis əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Ümumi çəkisi 634 kq olan 712 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.