Gənclər arasında mübahisə qanla nəticələndi

Mingəçevirdə mübahisə qanla yekunlaşıb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
Belə ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.