Direktor hüquqşünası məhkəməyə verdi - Kollecdə qalmaqal

 09:47 13.08.2025     132

Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva məhkəməyə üz tutub.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, o, Kollecin hüquqşünası Aynurə Muradovanı məhkəməyə verib.

Kollecin direktoru Aynurə Muradovanın digər əməkdaşlarla münaqişə yaratdığını, etik qaydalara uyğun olmayan davranışları ilə kollecin normal iş prosesinə xələl gətirdiyini bildirib.

Sevinc Həmzəyeva, həmçinin qeyd edib ki, hüquqşünas onun barəsində müxtəlif qurumlara böhtan xarakterli ərizə və məktublar ünvanlayıb, sosial şəbəkələrdə özü və kollec barədə yalan məlumatlar yayıb.

Direktor Ağdam Rayon Məhkəməsindən Aynurə Muradova barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148- ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Ancaq məhkəmədə  şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edib və xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən