Evdən 6 min manat OĞURLANDI

 12:24 13.08.2025     59

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Redaktor.az xəbər verir ki, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən