Şamaxıda dəhşətli qəza - Ölən və yaralananlar var

 21:35 13.08.2025     70

Şamaxıda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən