"By Fateh"də kütləvi dava düşdü - Xəsarət alan var

Avqustun 13-də gecə satlarında "BY Fateh" restoranında kütləvi dava olub.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist İradə Cəfərzadə sosial şəbəkədə paylaşımında qeyd edib.
Onun szölərinə görə, 30-a yaxın şəxs arasında olan əlbəyaxa münaqişə zamanı bir nəfər boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Əraziyə Nərimanov RPİ- min əməkdaşları gəldikdən sonra davanı yatırmaq mümkün olub.Hadisəni törədən şəxslər bölməyə aparılıb.
Nəzərinizə çatdıraq ki, bu son bir ayda adı çəkilən restoranda üçüncü insdentdir. İki həftə öncə baş verən dava zamanı bir nəfərin ayağının sındığı bildirilir.