Qardaşı tərəfindən öldürülən müğənninin qətlinin TƏFƏRRÜATI - VİDEO

 23:12 13.08.2025     57

Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir.

"Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib.

Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Vumart və Güvən reklamı Vumart Güvən