Narkotik dövriyyəsinə görə həbs edildi - Zaqatalada əməliyyat

 14:26 14.08.2025     72

Zaqatalada narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, rayon polis şəbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılan şəxsdən 10 kiloqramdan artıq marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən