Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılaraq ÖLDÜ

 09:00 15.08.2025     59

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Məlumata görə, Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü U. Verdiyev, kənd ərazisində ehtiyatsızlıqdan qayadan yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən