Qazaxda 80 ha sahədə quru ot və kol-kos yanıb

 17:08 15.08.2025     58

Fövqəladə Hallar Nazirliyi dünən Qazaxda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatda bildirilib ki, Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.

Xəbərə görə, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən