Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

 12:33 16.08.2025     48

Sumqayıtda oğurluq hadisələri qeydə alınıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar.

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən