Şabranda minik və yük avtomobilləri toqquşub, yaralananlar var - FOTO

 14:00 16.08.2025     52

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı "Ford" və "Chevrolet” markalı avtomobillər toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralanan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti ilə bağlı TƏBİB açıqlama yayıb:

"Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. 1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir."

"Ford"da olan şəxslərin fındıq yığımına gedən fəhlələr olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən