Aliment borcunu ödəməyən şəxs həbs edildi

 17:31 16.08.2025     46

11 min borcu yaranan şəxs qızını görə bilmədiyi üçün alimenti ödəmədiyini deyib.

Redaktor.az xəbər verir ki, 40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.

Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs edilmişdi.

İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, aliment ödəməməsinin səbəbi keçmiş arvadının qızını ona göstərməməsi olub. Buna görə də İsgəndərov aliment ödəmirmiş.

Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Vumart və Güvən reklamı Vumart Güvən