Şəkidə minik avtomobili evakuatorla toqquşdu: Ölən var

 10:31 17.08.2025     71

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə avqustun 17-də, gecə saat 1 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Hadisə zamanı VAZ-21723 markalı minik avtomobili ilə evakuator toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü, 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən