Astara rayonunda QƏTL

 21:00 17.08.2025     42

Astara rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü İsgəndər Şıxəli oğlu Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən