Ramal Mürşüdov qonşusunu avtomobillə vurub öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.