Xocalıda yanğına səbəb olan şəxs SAXLANILDI

 09:10 19.08.2025     59

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən