Goranboyda itkin 11-ci sinif şagirdi axtarılır

 13:42 19.08.2025     361

Goranboyda məktəbli itkin düşüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub.

Faktla bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən