Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapıldı - YENİLƏNİB

 10:14 20.08.2025     923

Goranboyda itkin düşən məktəbli tapılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdiklər müvafiq tədbirlər nəticəsində Ü.İsayevin yeri Bakı şəhərində müəyyən olunaraq Goranboy rayonuna gətirilib və ailəsinə təhvil verilib

Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.

***

Goranboyda məktəbli itkin düşüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub.

Faktla bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən