Avtobus dayanacağına ziyan vuran şəxs SAXLANILDI

 16:54 19.08.2025     57

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

APA xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən