Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

 11:32 20.08.2025     69

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

Vumart və Güvən reklamı Vumart Güvən