Tovuzda bir neçə nəfər dönərdən zəhərləndi

 23:05 20.08.2025     87

Tovuzda kütləvi zəhərlənmə olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib.

Həmin şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən