Göyçayda avtomobil kanala düşdü - 4 yaşlı uşaq ölümdən döndü

 23:53 21.08.2025     53

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay rayonunun Alxasava-Dövranlı yolunda qeydə alınıb. Rayon sakini Rəsul Cavadovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb.

Nəticədə, avtomobildə olan azyaşlı, 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb.

O, xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən