Pəncərədən evə girib 7000 manat OĞURLADI

Xəzər rayonunda evdən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs gecə saatlarında qəsəbə sakinlərindən birinin evinin pəncərəsini qıraraq içəri daxil olar və 7000 manat oğurlayıb.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu saxlanılıb.