Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

 18:41 23.08.2025     130

Avqustun 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən