Bakıda üçmərtəbəli hoteldə YANĞIN

 20:36 23.08.2025     73

Bakıda üçmərtəbəli hotel binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Hotel binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən