Kürdəmirdə ağır qəzada ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.