Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

 14:30 24.08.2025     95

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar edilmiş 2015-ci il təvəllüdlü Tağıyev Kinyaz Emin oğlunu valideynlərinə təhvil veriblər.

Bundan əlavə, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xidmətin xilasediciləri tərəfindən liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Vumart və Güvən reklamı Vumart Güvən