Kürdəmirdə avtomobil transformatora çırpıldı - Sürücü öldü

 15:09 24.08.2025     97

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Qəza zamanı sürücü - Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Qafqaz Şamil oğlu Mənəfli dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən