Pirə ziyarətə gedənlərin evə meyitləri gəldi - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Redaktor.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.
Belə ki, rayonun Ərəbqədim kənd sakinləri - 1992 təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010 təvəllüd Eyyub Cavadlı və 2007 təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.
E. Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.