“Sədərək”də yanan mağaza barədə şok FAKTLAR

 22:47 24.08.2025     84

Bu gün “Sədərək” Ticarət Mərkəzində güclü yanğının baş verdiyi anbarın “Super Toys”  mağazalar şəbəkəsinə məxsus olduğu məlum olub.

Redaktor.az musavat.com-a istinadən xəbər verir ki, şirkətin həmin anbarı icarəyə götürdüyü deyilir.

Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb.

Qeyd edək ki, ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada   “Super Toys”  mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yarandığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olduğu üzə çıxmışdı. 

Məlumat üçün onu da bildirək ki, “Supertoys” MMC-nin qanuni təmsilçisi Xəqani Cəfərov, şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi. 

“Sədərək” Ticarət Mərkəzindən isə, hələ də ictimaiyyətə yanğınla bağlı rəsmi məlumat verilməyib.

Xatırladaq ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub. 2023-cü ilin  yanvarında ticarət mərkəzində böyük yanğın olmuşdu. “Sədərək” ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.  

İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib. Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir. 

 

Vumart və Güvən reklamı Vumart Güvən