“Sədərək”də yanğın davam edir - VİDEO

 23:07 24.08.2025     222

“Sədərək” Ticarət Mərkəzində bu gün günorta saatlarından başlayan yanğın hələ də davam edir. 

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbələrdə yayılıb.

Həmin videodan ətrafa alov və tüstü yayıldığı görünür. 

Qeyd edək ki, bir neçə saat öncə FHN  yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı. 

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

 

Vumart və Güvən reklamı Vumart Güvən