Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

 15:38 25.08.2025     94

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir.

Redaktor.az ''Report''a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, rayonun Sırxavənd kəndi ərazisində bir müddət əvvəl də yanğın hadisəsi olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən