Qəbələdə dəhşətli qəza: Ölən var

 20:50 25.08.2025     83

Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hunday” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən