Oğul 66 yaşlı atasını bıçaqladı

 21:01 26.08.2025     88

Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən