Kəlbəcərdə qaz partladı - Xəsarət alanlar var

 22:49 26.08.2025     79

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən