Səbaildə yol qəzasında motosikletçi ölüb

Bakıda maşın motosikleti vurub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Əlvan İsmayılov idarə etdiyi “Honggi” markalı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Zeynalzadəni vurub.
Yəhya Zeynalzadə, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.