Bakıda məşhur karqo şirkətinin zirzəmisi YANDI

 23:04 28.08.2025     57

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, 6 ünvanında yanğın olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, yanğın "Starex" karqo şirkətinə məxsus zirzəmidə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın geniş əraziyə yayılmadan söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən