Yeniyetmə anasını hoteldə buna görə öldürübmüş - Dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda oğulun anasını hotel otağında öldürdüyü bildirilir.
Redaktor.az Xəzər TV-yə istinadən məlumat verir ki, həyat yoldaşından ayrılan Əsmət Qasımova yeniyetmə oğlu ilə ötən gün Türkiyədən Bakıya gəliblər.
Onlar birgünlük ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə gecələməli olublar.
Oğlu 16 yaşlı Ayxan Qasımlı anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda da geyinməsinə icazə verməyib.
Bu zaman onlar arasında mübahisə yaranıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.
Ətraflı süjetdə: