Polis Yardımlıda narkotik əməliyyatı keçirdi

 13:17 29.08.2025     280

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən