Yasamalda moped oğurlayan şəxslər saxlanılıb

 12:38 30.08.2025     440

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidməindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən