Taksi şirkətindən oğurluq EDİLDİ

 14:28 30.08.2025     415

Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat və başqa ünvanlardan oğurluq edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən əlavə Nərimanov və Sabunçu rayonlarında ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqlarının oğurlanması barədə polisə müraciət ediblər.

Əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır

Vumart və Güvən reklamı Vumart Güvən