Minik avtomobilləri toqquşdu - Azyaşlı öldü

 14:35 31.08.2025     409

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza "Opel" markalı minik avtomobili ilə VAZ-21074 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı bir azyaşlı ölüb, 2 nəfər isə xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən