Ötən ay 94 zəhərlənmə hadisəsi baş verib

 09:18 02.09.2025     251

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib

Redaktor.az verir ki, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.

Bildirilib ki, ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən