Bakının mərkəzində qəza oldu - İşıqfor aşdı

 14:17 02.09.2025     254

Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Vumart və Güvən reklamı Vumart Güvən