Gədəbəydə 55 yaşlı kişi dağdan yıxılaraq öldü - YENİLƏNİB

 11:47 03.09.2025     356

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonu, Qalakənd kəndində 1 nəfərin dərəyə yıxılması barədə məlumat daxil olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Gədəbəydə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qala kəndində, Yoğdu dağ adlanan ərazidə qeydə alınıb. Rayon sakini 1970-ci il təvəllüdlü Y.Yolçuyev dağdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, Y.Yolçuyev dağdan çiçək yığan zaman ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən