Gürcüstana müalicəyə gedən həkim qəzada öldü - FOTO

 17:17 04.09.2025     411

Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib.

Redaktor.az news24.az-a istinadən xəbər verir ki, “Medikus” klinikasının həkimi olan Y.Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. Bu zaman o düşdüyü avtomobil qəzasında həyatını itirib.

Bildirilib ki, Yaqub Cabbarov uzun illər Ağcabədidə pediatr kimi işləyib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən