Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

 12:01 05.09.2025     232

Sentyabrın 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Vumart və Güvən reklamı Vumart Güvən