Bakıda evdən 16 min manatlıq qızıl OĞURLANDI

 14:54 05.09.2025     262

Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Redaktor.az xəbər verir ki, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.  

Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub.

Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən